Yolu bağlayan TIR sürücüləri həbs olundu

 Yolu bağlayan TIR sürücüləri həbs olundu
  18 Fevral 2022    Oxunub:2141
Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

AzVision.az-ın xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər üç sürücü inzibati qaydada 30 sutka həbs olunublar.

AzVision.az


Teqlər: Həbs  





Xəbər lenti