Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazandı - YENİLƏNİB

  Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazandı -  YENİLƏNİB
  18 Fevral 2022    Oxunub:2153
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

***
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

AzVision.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxıb. Bu, 73 kq çəki dərəcəsində yer alan Hidayət Heydərovdur. 25 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb.

24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb. Yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.

73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov, eləcə də 81 kq-da Elcan Hacıyev və Murad Fətiyev, koronavirus testləri müsbət nəticə verdiyindən, yarışa buraxılmayıblar.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti