UEFA erməni təxribatına görə "Marsel"ə iş açdı

   UEFA  erməni təxribatına görə "Marsel"ə iş açdı
  18 Fevral 2022    Oxunub:1531
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb.
AzVision.az qurumun saytna istinadən xəbər verir ki, Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və stadionlarda keçidlərin bağlanmasına görə günahlandırılır.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, sözügedən görüşdə "Marsel" 3:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın fevralın 24-ü Fransa təmsilçisini Bakıda qəbul edəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi "Marsel" ilə Fransada keçirdikləri matç zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti