Cüdoçumuz qızıl medal qazandı - "Böyük dəbilqə"

   Cüdoçumuz qızıl medal qazandı -    "Böyük dəbilqə"
  19 Fevral 2022    Oxunub:1478
Cüdoçumuz Məmmədəli Mehdiyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Serbiya idmançısı Nemanya Maydova qalib gəlib.

Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) 1/8 final mərhələsində Nadav Zuratı (İsrail), 1/4 finalda Yersultan Muzapparovu (Qazaxıstan) məğlub edib.

Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə yarımfinalda gürcüstanlı İlya Sulamanidzeyə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.

AzVision.az


Teqlər:





Xəbər lenti