Bakıda qətlə görə polisdə xidməti yoxlamalara başlanılıb

   Bakıda qətlə görə polisdə xidməti yoxlamalara başlanılıb
  21 Fevral 2022    Oxunub:1181
Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır.
Bunu AzVision.az -a DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. "Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.

Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”, - o vurğulayıb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti