Brakonyerliyə qarşı reyd keçirildi
Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi rezin təkərlər və kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb. İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib.
Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb. Həmçinin şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri tapşırılıb. Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.
AzVision.az
Teqlər: Brakonyer