Bakıda əməliyyat: Yeddi nəfər saxlanıldı

Bakıda əməliyyat:    Yeddi nəfər saxlanıldı
  23 Fevral 2022    Oxunub:1677
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, nəticədə narkotiklərin satışı ilə məşğul olan yeddi nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Həyata keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını bildirib.

Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilərək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.

Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə alıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti