Bakıda ev yanıb, ölən var

Bakıda ev yanıb,  ölən var
  01 Mart 2022    Oxunub:2021
Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti