24 ildir axtarılan şəxs Rusiyadan Azərbaycana gətirildi

   24 ildir axtarılan şəxs Rusiyadan Azərbaycana gətirildi
  25 Fevral 2022    Oxunub:1625
Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Elnur Abbasovun ekstradisiyası haqqında qərar qəbul edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Nəsimi rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci hissəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Abbasov Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər cinayətə görə Petroqrad rayon məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunub.

2022-ci il fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan Azərbaycana gətirilib.

AzVision.az



Teqlər: Həbs  





Xəbər lenti