Çempionlar Liqasının finalı Rusiyadan alındı

   Çempionlar Liqasının finalı  Rusiyadan alındı
  25 Fevral 2022    Oxunub:1784
UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb.

AzVision.az -ın "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, Fransanın paytaxtı Paris şəhərində, "Stad de Frans"da təşkil olunacaq.

Bundan başqa, UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb. Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva "Spartak"ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.

AzVision.az


Teqlər: UEFA  





Xəbər lenti