Ermənilər onları əzabla öldürüb, bir yerdə basdırıblar – FOTOLAR

   Ermənilər onları əzabla öldürüb, bir yerdə basdırıblar –    FOTOLAR
  25 Fevral 2022    Oxunub:6511
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının uzun və gərgin əməyinin nəticəsində Xocavənd rayonunun işğaldan azad olunmuş Edilli kəndinin inzibati ərazisində erməni terroru qurbanlarının qalıqları aşkar olunub.

Kütləvi məzarlığın koordinatlarını Birinci Qarabağ savaşı zamanı erməni əsirliyindən azad olunmuş girovlardan biri göstərib. O qeyd edib ki, erməni terrorçuları ətraf kəndlərin sakinlərini işgəncə ilə öldürdükdən sonra, onları burada basdırmağa məcbur ediblər.


Qalıqların ilkin tədqiqi belə qənaətə gəlməyə imkan verir ki, burada dəfn olunanların hamısı ağır işgəncələrə məruz qalandan sonra xüsusi qəddarlıqla qətlə yetiriliblər.


Kütləvi məzarlıqda erməni terrorunun qurbanlarının paltarlarının hissələri, kəsilmiş əzaları və sınıq sümükləri tapılıb. Güman edilir ki, burada dəfn olunanların sayı 20 nəfərə cata bilər...


Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər: Edilli  





Xəbər lenti