Kiyevdə yeraltı keçiddə qalan tələbələrin yeri dəyişdirildi

   Kiyevdə yeraltı keçiddə qalan tələbələrin yeri dəyişdirildi
  26 Fevral 2022    Oxunub:1990
“Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşının yeri dəyişdirilib. Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır”.
Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. Onun sözlərinə görə, hazırda onların təxliyəsi ilə bağlı danışıqlar gedir.

Qeyd edək ki, dünən doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildiriblər.

AzVision.az


Teqlər: Kiyev  





Xəbər lenti