İsveç millisi də Rusiya ilə mümkün oyundan imtina etdi

   İsveç millisi də Rusiya ilə mümkün oyundan    imtina etdi
  27 Fevral 2022    Oxunub:1361
İsveç Futbol Assosiasiyası Qətərdə keçiriləcək dünya çempionatının pley-off turnirində Rusiya millisi ilə mümkün oyunda iştirakdan imtina etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb:

“İsveç Futbol Assosiasiyasının İdarə Heyəti qərara gəlib ki, İsveçin kişilərdən ibarət yığması harada keçiriləcəyindən asılı olmayaraq, dünya çempionatının pley-off mərhələsində Rusiya millisi ilə mümkün oyunda oynamayacaq. Qurum həmçinin FİFA-nı Rusiyanın iştirak etdiyi mart oyunlarını ləğv etməyə çağırır".

DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya yığması Polşa ilə qarşılaşacaq. Cütlüyün qalibi finalda İsveç və ya Çexiya ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti