Rusiya Futbol İttifaqı bəyanat yaydı

   Rusiya Futbol İttifaqı  bəyanat yaydı
  01 Mart 2022    Oxunub:2298
Rusiya Futbol İttifaqı (RFS) FIFA və UEFA-nın onlara qarşı tətbiq etdiyi sanksiyalarla bağlı bəyanat yayıb.
AzVision.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, bütün yaş qrupları üzrə yığmaların və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının qəbuledilməz olduğu bildirilib:

“Rusiya Futbol İttifaqı FİFA və UEFA-nın bütün Rusiya komandalarının qeyri-müəyyən müddətə beynəlxalq oyunlarda iştirakını dayandırmaq qərarı ilə qəti şəkildə razılaşmır.

Hesab edirik ki, bu qərar beynəlxalq yarışın norma və prinsiplərinə, eləcə də idmanın ruhuna ziddir. Bu, aşkar ayrı-seçkilik xarakteri daşıyır və çoxlu sayda idmançıya, məşqçilərə, klubların və milli komandaların işçilərinə, ən əsası, maraqlarını beynəlxalq idman təşkilatları ilk növbədə qorumalı olan milyonlarla rus və xarici azarkeşə zərər verir.

Bu cür hərəkətlər həmişə bərabərlik, qarşılıqlı hörmət və siyasətdən müstəqillik prinsiplərinə sadiq qalan dünya idman ictimaiyyətini parçalayır. Biz beynəlxalq idman hüququ normalarına uyğun olaraq FİFA və UEFA-nın qərarına etiraz etmək hüququnu özümüzdə saxlayırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti