Evi bombardan edilən Ukraynalı futbolçu öldü

   Evi bombardan edilən  Ukraynalı futbolçu öldü
  01 Mart 2022    Oxunub:2309
Ukraynanın 2-ci liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində əlak olub.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb. Nəticədə oyunçu ilə yanaşı, onun anası da həlak olub.

Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti