Gənclər sosial çarxla narkomaniyaya dair maarifləndiriləcəklər

Gənclər sosial çarxla narkomaniyaya dair maarifləndiriləcəklər
  02 Mart 2022    Oxunub:1684
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi yeni layihəsinin hazırlıq işləri başa çatdırıb. Bu barədə AzVision.az -a “Feniks”in direktoru Şahin Hüseynovv məlumat verib.
- Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gənclərin narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə məlumatlandırılması ilə bağlı çəkiləcək sosial çarxın hazırlıq işləri başa çatıb.

Qeyd edilən sosial çarx çəkildikdən sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinə təqdim ediləcək və bu barədə KİV-də əlavə məlumat veriləcək.

AzVision.az






Teqlər:





Xəbər lenti