Ötən gün 109 nəfər şənliyə buraxılmayıb

Ötən gün 109 nəfər şənliyə buraxılmayıb
  03 Mart 2022    Oxunub:942
Ötən gün toylara görə 1 nəfər cərimələnib, 109 nəfər şənliyə buraxılmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, martın 2-də-də DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 142 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 109 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti