"Məşqçi olsaydım, futbolçuları döyərdim" - İbrahimoviç

   "Məşqçi olsaydım, futbolçuları döyərdim" -    İbrahimoviç
  04 Mart 2022    Oxunub:963
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra məşqçi işləmək istəyib-istəmədiyi ilə bağlı suallara cavab verib.
AzVision.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bunu düşünmədiyini deyib:

“Məşqçi olmağım mümkün deyil. Oyun zamanı ən azı iki, matçdan sonra isə səkkiz oyunçuya yumruq vurardım. Yəni məşqçi olsam, futbolçuları döyərəm”.

Qeyd edək ki, İbrahimoviçin "Milan"la sözləşməsi bu mövsümün sonuna qədərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti