Avropa çempionatına ev sahibliyi Rusiyadan alındı

   Avropa çempionatına ev sahibliyi Rusiyadan alındı
  04 Mart 2022    Oxunub:1080
2023-cü ildə keçiriləcək karate üzrə Avropa çempionatına ev sahibliyi hüququ Rusiyadan alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da iştirak etdiyi Avropa Karate Federasiyasının (EKF) növbədənkənar iclasında belə qərar qəbul olunub.

Hazırda qitə çempionatı üçün alternativ ölkə axtarılır.

AzVision.az


Teqlər:





Xəbər lenti