"Neftçi"nin hakimi təhqir edən futbolçusuna ağır cəza

"Neftçi"nin hakimi təhqir edən futbolçusuna ağır cəza
  04 Mart 2022    Oxunub:1254
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.
AzVision.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir. O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

AzVision.az


Teqlər: hakim  





Xəbər lenti