UEFA millimizi cərimələdi

   UEFA    millimizi cərimələdi
  08 Mart 2022    Oxunub:968
UEFA Azərbaycanın futzal üzrə milli komandasını cərimələyib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Yığmamızın cərimələnməsinə səbəb futzalçıların Avropa çempionatının qrup oyunlarında İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı matçlardada sarı və qırmızı vərəqələrlə cəzalanmaları olub. Ona görə də UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan millisini 5 700 avro məbləğində cərimələyib.

Pireney təmsilçisi ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəldiyi matçda isə Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Buna görə milli komanda 3 000 avro cərimə olunub.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq Avropa çempionatı ilə erkən vidalaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti