Azərbaycanlı Rusiyada təyyarə qəzasında həlak olub

 Azərbaycanlı Rusiyada  təyyarə qəzasında həlak olub
  09 Mart 2022    Oxunub:1704
Quba sakini 40 yaşlı Müşfiq İbrahimov Rusiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
AzVision.az xəbər verir ki, hadisə martın 8-i Leninqrad vilayətinin Volxovski rayonunun Potanino qəsəbəsi yaxınlığında baş verib. Qəza nəticəsində təyyarədə olan iki nəfər həlak olub. 40 yaşlı Müşfiq İbrahimov əvvəllər Azərbaycanın şimal bölgəsində yayımlanan televiziyalarda müxtəlif vəzifələrdə çalışıb. M.İbrahimov ailəli idi, 3 övladı var.

AzVision.az


Teqlər: Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti