Devid Bekhem ukraynalı uşaqlara yardım etdi

Devid Bekhem    ukraynalı uşaqlara    yardım etdi
  09 Mart 2022    Oxunub:858
İngiltərə millisinin sabiq futbolçusu, "İnter Mayami"nin sahibi Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem ukraynalı uşaqlara dəstək olub.
AzVision.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Cütlük Rusiya ilə müharibə nəticəsində əziyyət çəkən ukraynalı uşaqlara yardım məqsədilə UNİCEF-lə birlikdə ianə yığımına start verib. Onlar aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq ödəyiblər. Bekhem öz İnstaqram hesabından açıqlamasında isə bildirib: "Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılırlar. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları kəskinləşir. 7,5 milyon uşaq hazırda təhlükədədir. Bura dava-dərman və ailələrin təhlükəsiz evakuasiyası da daxildir. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin".

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti