AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  11 Mart 2022    Oxunub:832
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 18-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

Həmçinin, “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.

"Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunub.

AzVision.az




Teqlər:





Xəbər lenti