Narkotik çəkib maşın sürdü
Qeyd olunub ki, "VAZ 21214” markalı, 99-LR-741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Əmirov təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 29-cu kilometrliyində DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 10-cu taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı B.Əmirovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əmirov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs olunub.
AzVision.az
Teqlər: DİN