Sağlamlıq imkanları məhdud olan qızı zorlayan kişi saxlanıldı
Qurumdan bildirilib ki, yaşadığı evdə R.A-nın cinsi zorakılığa məruz qalması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə 1960-cı il təvəllüdlü Ə.A şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, ötən gün Gəncə şəhərində 17 yaşlı sağlamlıq imkanları məhdud olan qızın qonşusu 62 yaşlı kişi tərəfindən zorlanaraq hamilə qalması və övladını dünyaya gətirmək istəməməsi barədə məlumat paylaşmışdıq.
AzVision.az