Beş gəmiçi məsuliyyətə cəlb edildi

Beş gəmiçi məsuliyyətə cəlb edildi
  14 Mart 2022    Oxunub:1037
Qayda pozuntuları aşkarlanan kiçikhəcmli gəmilərin istifadəçiləri cərimələnib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zaman Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı, Binəqədi rayonunun Novxanı, Sumqayıt şəhərinin Corat və H.Z.Tağıyev yaşayış məntəqələrinin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 16 asma mühərrikli qayıq saxlanılaraq həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq vaxtı idarəetmə, sürücülük hüququ, habelə xilasetmə və digər təchizat avadanlıqları olmadan kiçikhəcmli gəmilərin istismarı, bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti