DYP rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb

   DYP rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb
  15 Mart 2022    Oxunub:1271
Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.

AzVision.az



Teqlər: DYP   Qəza  





Xəbər lenti