Ukraynadakı hadisələrə görə Rusiya millisindən imtina etdi

Ukraynadakı hadisələrə görə Rusiya millisindən imtina etdi
  15 Mart 2022    Oxunub:948
“Zenit”in hücumçusu Artyom Dzyuba millinin mart toplanışında iştirakdan imtina edib.
AzVision.az xəbərinə görə, bunu baş məşqçi Valeri Karpin Rusiya Futbol İttifaqının saytına açıqlamasında deyib:

“Bazar günü Dzyuba ilə telefonla danışdıq. O dedi ki, millidə çıxış etməyi çox istəyir. Amma hazırda onun Ukraynada çoxlu qohumu yaşayır. Oradakı vəziyyət isə ağırdır. O, üzr istəyərək ailə məsələlərinə görə bu dəfə millinin təlim-məşq toplanışına çağırılmamağı istədi. Biz razılaşdıq ki, onun “Zenit”dəki oyununu izləməyə davam edəcəyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti