Polisin öldüyü qəza ilə bağlı məlumat

Polisin öldüyü qəza ilə bağlı məlumat
  21 Mart 2022    Oxunub:1101
Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a daxil olan məlumatda deyilir: "Martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı olub.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti