Həbs edilən sabiq polis mayoru azadlığa buraxıldı

Həbs edilən sabiq polis mayoru azadlığa buraxıldı
  24 Mart 2022    Oxunub:952
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən sabiq polis mayoru Tural Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən T. Mahmudov barəsində 1 il 4 ay 18 gün müddətinə (azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər rayon polis şöbələrindən birində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili kimi çalışıb. 2018-ci ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.

O, 25 may 2021-ci ildə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq qram psixotrop maddə metamfetamini üçüncü ünvana daşıyarkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

T. Mahmudov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.(apa)

AzVision.az



Teqlər:





Xəbər lenti