İdmançılarımız dünya çempionatında 5 medal qazandılar

  İdmançılarımız dünya çempionatında 5 medal qazandılar
  28 Mart 2022    Oxunub:684
Martın 24-dən 28-dək Niderlandın paytaxtı Amsterdamda MMA idman növü üzrə dünya çempionatı keçirilib.
AzVision.az Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, çempionatda 8 idmançı ilə təmsil olunan Azərbaycan 5 medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fətəli Talıbov (52 kq), Ehtiram Dərişov (62 kq) qızıl, Nail Əzizov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq) və Ömər Mutayev (77 kq) isə bürünc medala sahib olublar.

AzVision.az


Teqlər:





Xəbər lenti