Gəncədə toya hazırlaşan tibb bacısı özünü binadan atdı

Gəncədə toya hazırlaşan tibb bacısı özünü binadan atdı
  29 Mart 2022    Oxunub:1002
Gəncədə intihara cəhd olub. AzVision.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncədə yerləşən Abbas Səhhət adına şəhər xəstəxanasının II Terapiya şöbəsində baş verib.
Məlumata görə, şöbədə işləyən 21 yaşlı tibb bacısı G.M özünü üçüncü mərtəbədən atıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

İntihara cəhdin dəqiq səbəbi bilinməsə də 21 yaşlı qızın ailə münaqişəsi səbəbindən bu addımı atdığı bildirilir. Qeyd olunub ki, aprel ayında gənc qızın toyu olacaq.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti