Şirkətdən 10 minlik oğurluq etdilər

Şirkətdən 10 minlik oğurluq etdilər
  30 Mart 2022    Oxunub:840
Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslərin şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum edilmiş Elşən Həsənov, Emin Eminov və bir nəfər yeniyetmə olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməllərini etiraf ediblər.

İlkin araşdırma zamanı E.Həsənovun bir neçə dəfə həmin obyektlərdən oğurluq etdiyi, sonuncu dəfə isə saxlanılan digər iki nəfərin də onunla əlbir olduğu məlum olub.

Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti