Bakıda şagird imtahana görə intihar etdi

   Bakıda şagird imtahana görə intihar etdi
  31 Mart 2022    Oxunub:1063
Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.
İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.

AzVision.az


Teqlər: İntihar  





Xəbər lenti