Avropa çempionatı: İki güləşçimiz finalda
87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya), , 1/4 finalda Zurab Datunaşvilini (Serbiya) məğlub edib. Ancaq o, yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya) uduzduğu üçün 3-cü yer uğrunda döyüşəcək. İdmançımız Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna), 1/4 finalda erməni David Ovasapyan üzərində inamlı qələbə qazanıb. Kandelaki yarımfinalda Rza Kayaalpa (Türkiyə) uduzub. İdmançımız bürünc uğrunda görüşdə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) , yarımfinalda Hraçya Poqosyana (Ermənitsan) qalib gəlib. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.
Mübarizəyə 1/4 finaldan start verən Eldəniz Əzizli (55 kq) Denis Mihaya, yarımfinalda erməni Rudik Mkrtçyanı məğlub edib. Pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.
Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.
AzVision.az
Teqlər: