Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

   Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu
  02 Aprel 2022    Oxunub:800
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.

AzVision.az



Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti