Özünü binadan atan 16 yaşlı qız öldü

 Özünü binadan atan 16 yaşlı qız öldü
  05 Aprel 2022    Oxunub:893
Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız xəstəxanada ölüb.
Bu barədə AzVision.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatını xilas etmək mümkün olmayıb: "O, xəstəxanaya yerləşdirildiyi ikinci gün dünyasını dəyişib".

Xatırladaq ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınmışdı. Qız həmin binada anası ilə birgə kirayədə qalırmış.

AzVision.az



Teqlər: Qız   Gənc  





Xəbər lenti