Sayğacı dəyişmək istəyən “Azəriqaz” işçisi döyüldü

Sayğacı dəyişmək istəyən “Azəriqaz” işçisi döyüldü
  05 Aprel 2022    Oxunub:851
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə ki, abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb.

"Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub", - İB-dən qeyd ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti