42 sığorta agentinin lisenziyası ləğv edilib

42 sığorta agentinin lisenziyası ləğv edilib
  06 Aprel 2022    Oxunub:881
Azərbaycan Mərkəzi Bankı (AMB) 41 fiziki şəxsə və 1 hüquqi şəxsə ("Sizin Sığorta Agentliyi" MMC) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Qurumdan AzVision.az -a bildirilib ki, bunlardan 35 fiziki şəxsin lisenziyası, “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında, 6 fiziki və 1 hüquqi şəxsin lisenziyası isə yol verilmiş nöqsanların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

AzVision.az


Teqlər: Lisenziya  





Xəbər lenti