“Azəriqaz”ın işçisini döyən şəxs həbs edildi
O, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib. Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib. Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb.
O, hadisədən sonra xəstəxanaya müraciət edib və ekspertizaya göndərilib. A.Vəliyevə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş Ədalət Hüseynov barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq həbs edilib.
AzVision.az
Teqlər: Azəriqaz