Prokurorluq: Gecə klubunda partlayışla bağlı istintaq davam edir

      Prokurorluq:    Gecə klubunda partlayışla bağlı istintaq davam edir
  09 Aprel 2022    Oxunub:1416
Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib. Qurumun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb.
Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib. Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti