Gömrükdə külli miqdarda dərman ələ keçdi

Gömrükdə külli miqdarda dərman ələ keçdi
  09 Aprel 2022    Oxunub:797
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti zonasında saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Bildirilir ki, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri - 9 600 ədəd həb və 1 020 ampul aşkar edilib.

AzVision.az



Teqlər: DGK  





Xəbər lenti