Sürücülərin mübahisəsi ölümlə bitdi

   Sürücülərin mübahisəsi ölümlə bitdi
  09 Aprel 2022    Oxunub:810
Aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, aparılmış araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

AzVision.az



Teqlər: Şəmkir   Qətl  





Xəbər lenti