İstanbul derbisi: "Fənərbağça" öz meydanında qalib gəlib

      İstanbul derbisi:    "Fənərbağça" öz meydanında qalib gəlib
  11 Aprel 2022    Oxunub:1541
Aprelin 10-da futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
AzVision.az xəbər verir ki, XXXII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb.

"Ülkər" stadionunda oynanılan oyun "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti