“Davam”çı gənclərin birinci forumu keçirilib
Forumun əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxışlardan sonra ötən iki il ərzində "Davam" Gənclər Hərəkatınının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi keçirilib.
Azərbaycan Dillər Universitetinin rektoru, Birinci dərəcəli dövlət müşaviri, akademik Kamal Abdulla, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov və o cümlədən "Badamlı Mineral Sular", "Az-Granata", "İl-Azero" şirkətləri təşəkkür plaketi ilə təltif olunub. O cümlədən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 2020-2021-ci illər ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Hərəkatın təsis etdiyi və ildə bir dəfə yalnız bir nəfərin təltif olunduğu “Davamçı” Milli Mükafatına layiq görülüb.
Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və “Davam” adlı klip nümayiş olunub.
Teqlər: Davam