Ukraynada girov götürülən azərbaycanlı tələbə azadlıqda
Qeyd edək ki, 2002-ci il təvəllüdlü H.Abdullayev ötən il Mariupol Dövlət Universitetinə qəbul olub. Müharibə başladıqdan sonra Mariupoldan çıxıb Zaparojeyə getmək istəyəndə Rusiya ordusunun hərbçiləri onu saxlayıblar. Valideynləri ona zəng edəndə telefona rus hərbçi cavab verərək Hüseynin Ukrayna tərəfdən rus ordusuna qarşı döyüşdüyünü bildirib.
"Qafqazinfo" məsələ ilə bağlı H.Abdullayevin atası A.Abdullayevlə əlaqə saxlayıb. Ata bildirib ki, oğlu bu gün saat 12-də əsirlikdən azad olunmaq üçün Zaparoje şəhərinə gətirilib: "Özü ilə danışdıq. Vəziyyəti yaxşıdır, səhhəti yerindədir. Bu gün diaspor nümayəndələrimizə təhvil veriləcək".
AzVision.az