Şöbədə arvadını güllələyən sabiq polisə 18 il iş verildi

   Şöbədə arvadını güllələyən sabiq polisə 18 il iş verildi
  12 Aprel 2022    Oxunub:976
Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub. AzVision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
O, məhkəmədən ədalətli hökm çıxarılmasını tələb edib. Daha sonra məhkəmə kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıdan kollegiya üzvləri təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyini açıqlayıblar.

Hökmə əsasən, zərərçəmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunub.

AzVision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti