Beynəlxalq narkoşəbəkənin daha 2 üzvü saxlanıldı

Beynəlxalq narkoşəbəkənin daha 2 üzvü saxlanıldı
  12 Aprel 2022    Oxunub:824
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Nəticədə qanunsuz dövriyyədən 72 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 1 427 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Belə ki, Baş İdarəyə Masallı rayon sakinləri Ramiz İbadov və tanışı Cavidan Əlizadənin ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə ifşa edilib.

Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə qəbul edib paytaxt ərazisində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Onların üzərinə, həmçinin yaşayış ünvanlarına, eləcə də Ramiz İbadovun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı ümumilikdə 72 kiloqram, o cümlədən 50 kiloqram heroin, 22 kiloqram metamfetamin 1427 ədəd narkotik tərkibli dərmanlar aşkar edilib. Qeyd edək ki, narkotik tərkibli dərmanların bir hissəsi maye formasında olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "Beynəlxalq narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki dayaqlarının müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti