Həbsxanada ölən deputatın qardaşı azadlığa buraxıldı- YENİLƏNİB

   Həbsxanada ölən  deputatın qardaşı azadlığa buraxıldı-  YENİLƏNİB
  13 Aprel 2022    Oxunub:1199
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
AzVision.azxəbər verir ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Belə ki, məhkəmə istintaq orqanının təqdimatını əsassız sayıb.
***
O, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib. Hazırda araşdırma aparılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.(Report)

AzVision.az



Teqlər: Həbsxana   Deputat  





Xəbər lenti